Baxılıb: 0

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğanbank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin edilib. Həmçinin “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Muğanbank” ASC-də sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən edilib.

Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, kompensasiyaların ödənilməsi 27 noyabr 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcək.

Məlumata görə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53