Baxılıb: 0

Azərbaycanda beş günlük bayram tətili başlayıb.

"Bakımillitv.az"ın xəbərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, ölkədə ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. İş günü isə noyabrın 13-dən başlayacaq.

Qeyd edək ki, ​noyabrın 8-də Azərbaycanda Zəfər Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

9 Noyabr isə Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən edilib.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53