2023-cü ilin yanvar-oktyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 56,9 milyard manat olmaqla 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 5,5% artıb.
Bu barədə “Bakımillitv.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,3% artaraq 54750,9 milyon manata bərabər olmuş, onun 47,2%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.