Bu gün Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.
Xatırladaq ki, AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoydu. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu. Həmin gün Müstəqillik Bəyannaməsi qəbul edildi və cümhuriyyətin özünün parlamenti, hökuməti, ordusu, milli pul vahidi və digər dövlətçilik atributları təsis olundu. Cəmi 23 ay mövcud olan AXC müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib.
Artıq Azərbaycan üçüncü ildir ki, 28 May - Müstəqillik Gününü öz ərazi bütövlüyünü təmin edən qalib dövlət kimi qeyd edir.
Bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik! Yaşasın Azərbaycan!