Baxılıb: 1

PSJ-nin futbolçusu Kilian Mbappe keçən yay kluba keçməkdən imtina etdiyi üçün “Real Madrid”in prezidenti Florentino Peresdən üzr istəyib.

İspaniyalı funksionerin üzrxahlığı qəbul etdiyi qeyd edilir.

“Real Madrid” Mbappeni bu yay transfer etməyi planlaşdırır. Fransalı forvard “kral klubu” üçün prioritet hədəfdir.

Mbappenin PSJ ilə müqaviləsi 2023/24 mövsümünün sonuna qədərdir və onu daha bir il uzatmaq imkanı var. Lakin məlumata görə, 24 yaşlı oyunçu bundan istifadə etməyi düşünmür.

Kilian Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 42 oyun keçirib, 40 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Relevo

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53