Baxılıb: 0

Cəlilabad rayonunda polisə zəng edib cinayət törədəcəyini deyən şəxs tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində baş verib.

Belə ki, bir neçə gün əvvəl kənd sakini, 1985-ci il təvəllüdlü Zaur Tağıyev (ad və soyad şərti) DİN-in “102” xidmətinə zəng edərək Mahir adlı şəxsin ona pul borclu olduğunu və həmin şəxsi bıçaqlayacağını deyib.

Dərhal həmin şəxsin yaşadığı yer müəyyənləşdirilib. Polis əməkdaşları Z.Tağıyevin evinə gedərək onu Cəlilabad Rayon Polis Şöbəsinə dəvət ediblər. Bu zaman o, polislərə müqavimət göstərib, həmçinin Mahir adlı şəxsin ünvanına söyüşlər söyüb.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib edilib. Saxlanılan şəxs polisə zəng edərkən sərxoş olduğunu bildirib.

Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə Z.Səlimova beş sutka həbs cəzası verilib.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53