"Bakımillitv.az" xəbər verir ki, bu gün əbədi mühütimizdə sayılıb- seçilən gözəl şerləri ilə ruhlarımızı həkk edən, bir sözlə, sənət aləmində öz imzasını imzalar içinə atan şair Şamil Ənvəroğlunun Respublika Veteranlar Təşkilatında iki kitabın təqdimatı baş tutdu.
Yazar Şamil Ənvəroğlu Göyçə mahalında göz acıb. Qaçqınlıq sanki, bizim xalqımızın bildiyi kimi qədərimizə yazılıb. Elə Şamil Ənvəroğluda üç, dörd yaşlarından qacqınlıq həyatı yaşayıb. Vətən həsrətiylə qəlbi döyünə Samil Ənvəroğlu Bakı dövlət Unirersitetinin Tarix fakultəsini bitirib. Qaçqınlıq həyatı yaşayan şairin bu vətən həsrəti onun yaradıcılığının bəlkə də ana xəttinin əsasını təşkil edirdi.
Şamil Ənvəroğlu Azərbaycan Mətbuatında müxtəlif yerlər də calışmağa başlayır, Azərbaycan Dövlət radiosunda redaktor kimi fəaliyyətə başlayır, " Səncərə məktub", "Zəfərə doğru" verlişlərinin ssenari müəllifi və redaktoru olub. Müxtəlif şirkətlər də mətbuat katibi vəzifələrində calışıb. ABŞ, Almaniya və Türkiyədə şerləri zaman - zaman nəşr olunub. Hal-hazır da isə özü məntiq müəllimi kimi fəaliyyət göstərir. Eyni zamanda yaradıcılığını davam etdirir. Sosial şəbəkələrdə Şamil Ənvəroğlunun izləyiciləri onun yaradıcılığı ilə yaxından tanış olur. İlk kitabı " Dağılasan ürəklərə"-dir. Dövrü mətbuat da isə müntəzəm olaraq şerləri və tarixi məqalələri ilə çıxış etmişdir.
Sözləri qəlbində keçirib, dilində bişirə-bişirə misraları, şerə çevirərək, sonra hazır vəziyyətdə onu ağ kağıza köçürürən Şamil Ənvəroğlunun "YAŞANMIŞLAR..... DÜŞÜNCƏLƏR..... ÜMÜDLƏR".... Və " HƏYATA İNAD GÜLÜMSƏ"... adlı kitabların təqdimat mərasiminə şairlər, yazarlar, media nümayəndələri və Şamil sevərlər qatılmışdı. Tədbir də Şamil Ənvəroğlunun şerlərinə bəstələnən mahnılar və serlər səsləndirildi.
Biz də "Bakımillitv.az" saytı olaraq Şamil Ənvəroğluna uğurlar arzulayırıq!
İLHAMƏ HÜSEYNİ