Baxılıb: 2

Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur, bəzi rayonlarda leysan yağış və dolu yağır.

“Report”un məlumatına görə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux rayonlarında güclü küləklə müşahidə olunan yağış yağıb.

Bir neçə kəndlərə dolu düşüb. Küləkli hava səbəbindən Qazax və digər rayonların bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Bundan başqa, Şəmkirdə də elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, bölgədə güclü ildırım da çaxır. Küləkli hava şəraiti həmçinin Gəncə şəhərində də müşahidə olunur.

Əsən güclü külək səbəbindən Bakı-Qazax magistral yolunda nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaradıb.

Bölgədə qeyri sabit hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı adiəti qurumlar və idarələr tərəfindən araşdırılır.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53