Azərbaycan Kubokunda 2022/23 mövsümünün qalibi müəyyənləşib.
Həlledici oyunda “Neftçi”ni məğlub edən “Qəbələ” titula sahib çıxıb.
“Bakcell Arena”da keçirilən matçın əsas vaxtında hesab açılmayıb.
Əlavə vaxtda isə İsnik Aliminin penaltidən vurduğu qol yekun nəticəni müəyyənləşdirib - 1:0.
Bu, “Qəbələ”nin ikinci kuboku olub.