Baxılıb: 1

Dənizkənarı Bulvar İdarəsinin qanunsuz qazıntı işləri apardığı iddia olunur.

Belə ki, Su İdman Sarayına gedən yolun idarənin əməkdaşları tərəfindən qazıldığı və ərazidə şlaqbaum qoyulacağı deyilir.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən bildirilib ki, görülən işlər qanunidir, bulvar ərazisindən kənarda iş görülməyib.

Avtomobil Yollarının Mühafizə Xidmətinin rəsmisi isə Baku TV-yə açıqlamasında bildirib ki, sözügedən ərazidə qazıntı işlərinin aparılması qeyri-qanunidir.

“Su İdman Sarayı ərazisində hazırda 1000 parkinq yeri müştərilərimiz üçün təmənnasızdır. Bu ərazidə qoyulacaq parkinq o deməkdir ki, Su İdman Sarayına gələn hər bir şəxs ödəniş etməlidir. Halbuki, biz heç bir müştəridən parkinq üçün ödəniş tələb etmirik”, - Su İdman Sarayının rəsmisi Novruz Novruzov bildirib.

Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) sözügedən ərazinin ümumi istifadədə olan yol olduğunu və bununla bağlı olaraq həmin yolda hər hansı işin aparılması ilə bağlı mütləq şəkildə rəsmi qaydada müraciət edilməsinin vacibliyini qeyd edib.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53