Baxılıb: 0

Rusiyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev qusarlar tərəfindən özünəməxsus şəkildə qarşılanıb.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Görüntülər Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşünün davam etdiyi Tsarskoye selo muzey qoruğunda qeydə alınıb.

Kadrlarda qusarların İlham Əliyevi üç dəfə “Ura” sədası ilə salamlaması əks olunur. Azərbaycanın dövlət başçısı isə gülümsəyərək onları hərbi salamla cavablayır.

Xatırladaq ki, Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin tərəfindən Yeni il qabağı ənənəvi olaraq dəvət edilən MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53