Baxılıb: 1

İsveç Türkiyənin üçtərəfli memorandum çərçivəsində tələblərini yerinə yetirib və NATO-ya üzv olmaq hüququna malikdir.

Bunu bazar günü NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Stoltenberq qeyd edib ki, Prezident Ərdoğanla bugünkü danışıqlarda İsveçlə Daimi Müştərək Mexanizmin növbəti görüşünün iyunun 12-də keçirilməsi ilə bağlı razılığa gəlib.

Eyni zamanda o bildirib ki, Türkiyənin NATO-nun Vilnüs sammitinə qədər İsveçin ərizəsini ratifikasiya etməyə hələ də imkanı var.

Mənbə: Haber Global

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53