Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.
"Bakımillitv.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, ümumi sahəsi 170 kvadratmetr olan anbarın içərisində 50 kvadratmetr sahədə yığılan su qızdırıcıları və kombi aparatları yanıb. Anbarın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.