Baxılıb: 0

Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. 

"Bakımillitv.az" Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatı Kamil Zeynallının saxlanılmasından yazıb. 

Qeyd olunur ki, o, Moskvanın “Domodedovo” hava limanında həbs edilib. 

Ermənistan mətbuatı iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Qarabağda erməni qocanın boğazını kəsib. 

“Üstəlik, o, videoda sevincək şəkildə gülürdü. Daha sonra həmin görüntülər Teleqram kanallarında yayıldı”, - xəbərdə iddia olunur. 

Erməni nəşri Kamil Zeynallını ittiham etdikləri həmin görüntüləri də yayıblar. 

Qeyd olunur ki, Rusiya onu cinayət məsuliyyətinə cəlb etmək üçün Ermənistana ekstradisiyasını müzakirə edir. 

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53