Biləsuvar şəhərində ümumi sahəsi 70 m² olan birmərtəbəli kafenin mətbəxində taxta konstruksiyadan ibarət arakəsmə divar 4 m² sahədə, 1 ədəd televizor və 1 ədəd masa yanıb.
"Bakımillitv.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.