Baxılıb: 1

Rəsmi İrəvan xoşməramlılıq əlaməti olaraq və Ermənistanla Azərbaycan arasındakı razılaşma əsasında azan hərbi qulluqçu Ruslan Pənahovun tez bir zamanda Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edib.

"Bakımillitv.az"  Report-a istinadən xəbər verir ki, bu bardə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib. Bundan sonra onun barəsində bir neçə uydurma ittiham üzrə cinayət işi başlanılıb.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53