Baxılıb: 0

Havanın isti keçməsi ilə əlaqədar xüsusən həftə sonları vətəndaşlarımızın asudə vaxtlarını, istirahətlərini tam təhlükəsiz formada təmin edilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinin təsdiq etdiyi xüsusi plana əsasən mərkəzi küçə və prospektlərlə yanaşı əhalinin dəniz kənarı ərazilərdə yerləşən istirahət və əyləncə məqsədli obyektlərə üz tutanların əhəmiyyətli dərəcədə artdığını nəzərə alıb yollarda nəqliyyatın fasiləsizliyini və təhlükəsizliyinin təmin olunması məqsədilə gücləndirilmiş qaydada xidmət təşkil olunur.

Bu barədə Oxu.Az-a Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Ötən gecə tək Suraxanı Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının xidməti ərazisində keçirdiyi tədbirlər zamanı 1 sərxoş sürücü, 2 sürücülük hüququ olmayan, 4 etibarnaməsiz, 13 yük avtomobili (şəhərə vaxtsız girməyə cəhd edən) və bir qaçırılmış avtomobil saxlanılaraq sahibinə təhvil verilib.

Nəzarət-profilaktik tədbirlər bütünlükdə paytaxt ərazisini əhatə etməklə davam etdirilir.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53