ABŞ-ın Florida ştatında qəribə hadisə baş verib. Ştatın Kinqston şəhərində yaşayan 11 yaşlı Karlo Dorellinin otağında çoxlu sayıda öldürücü silahlar tapılıb.
"Bakımillitv.az" xarici mediaya istinadən xəbər verir ki, Florida polisi Dorellinin sinif yoldaşları tərəfindən edilən çoxsaylı şikayətlər əsasında onun evində əməliyyat keçirib. Nəticədə 11 yaşlı Karlonun otağından M-4, AUG avtomatı və çox sayıda kəsici alətlər aşkarlanıb.
Polisin bildirdiyinə görə, Dorellinin otağında sinif yoldaşlarının adı yazıldığı və "öldürüləcəklər" başlıqlı siyahı da tapılıb. Hadisədən sonra uşağın ailəsi məsuliyyətə cəlb olunub.