Baxılıb: 5

 

İmişli rayonunun saxlanılmış hərbi komissarı Xəyyam Babayevə irəli sürülən ittihamlar məlum olub.

"Bakımillitv.az"  xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  İmişli rayon şöbəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Babayev Xəyyam Mirzə oğluna Cinayət Məcəlləsinin  311.3.2-ci və 311.3.3-cü  maddələri ilə ittiham elan edilib.

Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53