Bu gün Azərbaycan Yazıçılar Birliynin Natəvan kulubunda pedoqoq, yazıçı, sairə Aliyə Əzizgülün "Həsrətin izi ", "Gözlərimin qibləsi" adlı iki kitabın təqdimat mərasimi keçirildi.
İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə bir sıra tanınmış qələm adamları iştirak etmişdir. Tədbirdə çıxış edən ziyalılar, söz adamları, poeziya vurğunları çıxış edərək, kitab haqqında təəssüratlarını bölüşüblər. Və sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.
Onuda qeyd edək ki, pedoqoq, jurnalist, yazıçı, sair- publisist Aliyə Rasim qızı Rzayeva (Əzizgül) Qədim Qarabağda, Füzuli torpağında anadan olub.
Azərbaycan dilinə, Azərbaycan və dünya ədəbiyyatına olan sevgi uşaq yaşlarından onda yaradıcılıq, yazmaq qabiliyyətini formalaşdırmişdır. Aliyə xanım şeirlər, qəzəllər, bayatılar, hekayələr və məqalələrin müəllifidir. Onun yazıları, şeirləri müxtəlif vaxtlarda mətbi orqanlarda; "Kredo", "Kaspi", "Ədalət", "Azad qələm" və digər qəzet və jurnallarda çap olunmuşdur. "Həsrətin izi" adlı şeir və bayatılardan ibarət ilk kitabın müəllifidir. (2020-ci ildə işıq üzü görmüşdür). Şeirlərinə musiqilər bəstələnib. 44 günlük Vətən müharibəsində qazandığımız zəfərə həsr etdiyi " Zəfər səlnaməsi" adlı məqaləsinə həm Azərbaycan Universitetlər tərəfindən, həm də Fransa Dövlət Universiteti tərəfindən yüksək dəyər və qiymət verilmişdir. Bir sıra dövlət qurumlarının fəxri fərman, diplom və mükafatlarına layiq görülmüşdür. Eləcə də yaradıcılığındakı vətənpərvər mövzulara görə "Qızıl qələm" media mükafatı laureatı, Azərbaycan ədəbiyyatına verdiyi tövhələrə görə "Xan qızı Natəvan" ali media mükafatına layiq görülmüşdür. 2022-ci ildə Azərbaycan ədəbiyyatında xidmətinə görə "İlin Yazıçı-Şairi" media mükafatı ilə təltif olunmuşdur. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Yazıcılar Birliyinin, Dünya Azərbaycan Birliyinin üzvüdür. Uzun müddət təhsil, mədəniyyət sahəsində pedoqoji fəaliyyətlə məşğul olub. Hazırda mədəniyyət sahəsində çalışır. Ailəlidir. Əli, Leyla, Sadiq adlı övladları var.
Biz də "Bakımillitv.az" saytının kollektivi adından uğurlu və sevincli günündə Aliyə xanıma möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq! Böyük yeniliklərə imza atasız!
İLHAMƏ HÜSEYNİ.