Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
"Bakımillitv.az" xəbər verir ki,125 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Solomon Manaşvilini (Gürcüstan) məğlub edib.
Meşvildişvili Azərbaycan millisinin yarışdakı ilk qızıl medalını qazanıb.
Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc, Osman Nurməhəmmədov (92 kq) isə gümüş medala sahib çıxıblar.