Baxılıb: 0

“Qobu Park-2” yaşayış kompleksində sakinlər işıqsız, susuz qalıblar.

Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər. Onların sözlərinə görə, bu gün səhər saatlarından sözügedən yaşayış kompleksində 19-cu binada və digər bir neçə binada nə işıq var, nə də su. 

İsti hava şəraitində yaranan problemə səbəb isə ərazidə çalışan aidiyyəti qurumlara məxsus traktorlardır:

“Ərazidə texnika çalışan zaman yer altından gedən elektrik naqillərini zədələyib. Bu səbəbdən bir neçə binada elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Bu, həm də su probleminə səbəb olub. Aidiyyəti üzrə “Azərişıq" ASC-yə məlumat verilsə də, qəza xidmətindən əməkdaşlar hələ də əraziyə cəlb edilməyiblər”.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53