Baxılıb: 0

“Sumqayıt” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

Klubdan verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son mövsümü “Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətovu heyətinə qatıb.

31 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017-2020-ci illərdə də “Sumqayıt”ın şərəfini qorumuş Mehdi Cənnətov bu müddət ərzində 63 oyun keçirib. Azərbaycan millisinin də formasını geyinən qapıçı son iki mövsümdə “Zirə”nin heyətində 47 qarşılaşmada meydana çıxıb.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53