Baxılıb: 0

“Real Madrid”in və PSJ-nin sabiq müdafiəçisi Serxio Ramos “Tottenhem”in hücumçusu Harri Keynə Madrid klubuna keçməyi tövsiyə edib.

“Harri Keyn? İstənilən futbolçuya məsləhətim odur ki, “Real Madrid”də oynamaq fürsətini əldən verməsin. Bu, qələbə qazanmağı bacaran xüsusi klubdur”, - deyə Ramos söyləyib.

“Real Madrid” bu yay İngiltərə millisinin üzvünü heyətinə qatmaq istəyir.

Keyn bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mənbə: Mirror

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53