Baxılıb: 0

Estoniya yığmasının baş məşqçisi Tomes Heberli AVRO-2024-ün seçmə mərhələsinin qrup oyununda qarşılaşacaqları Azərbaycan millisindən çəkinir.

“Report”un məlumatına görə, isveçrəli mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib.

O, Canni De Byazinin başçılıq etdiyi yığmanın güclü kollektiv olduğunu bildirib:

“Bu ay ilk oyunumuzu səfərdə güclü rəqib olan Azərbaycana qarşı keçirəcəyik. Bu komandanın üzvləri əsasən milli çempionatda çıxış edən oyunçulardır. Amma ölkənin ən yaxşı klubu olan “Qarabağ” avrokuboklarda əla mövsüm keçirdi və Azərbaycan millisinin tərkibi əsasən bu komandanın futbolçularından ibarətdir. Onların inanılmaz keyfiyyəti var. Amma biz istənilən vəziyyətə hazırıq”.

Qeyd edək ki, iyunun 17-də Bakıda Azərbaycan komandasının qonağı olacaq Estoniya seçməsi üç gün sonra Belçikanı qəbul edəcək.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53