İspaniya çempionu “Barselona” yoxlama oyunu keçirib.
Oxu.Az xəbər verir ki, Kataloniya klubu Yaponiyada “Vissel Kobe” ilə qarşılaşıb.
Matç “Barsa”nın qələbəsi ilə başa çatıb - 2:0. Qolları 16-cı dəqiqədə Frank Kessye və 19-cu dəqiqədə Erik Qarsiya vurublar.
Qeyd edək ki, “Barselona”nın əfsanəsi Andres İnyesta “Vissel Kobe”nin formasını geyinir. O, sözügedən qarşılaşmada 81 dəqiqə meydanda olub. 39 yaşlı yarımmüdafiəçi iyulun 1-də Yaponiya təmsilçisini tərk edəcək.