Baxılıb: 1

Minalar Azərbaycan və Xorvatiya üçün ortaq problemdir.

“Trend”in məlumatına görə, bu barədə Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda bu gün keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

“Azərbaycan bu zamana qədər minatəmizləmə sayəsində doğru addımlar atıb. Xorvatiya da bu sahədə öz təcrübələrini Azərbaycanla bölüşməyə hazırdır”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Şuşada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda tədbir keçirilir.

Tədbirdə 30-a qədər sabiq dövlət və hökumət başçısı iştirak edir.

Beynəlxalq tədbir çərçivəsində keçiriləcək panellərdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.

İki gün davam edəcək tədbirin ilk günü Şuşada, növbəti günü Gəncədə baş tutacaq.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53