Baxılıb: 1

“Brüssel və Vaşinqton əvvəllər İrəvan və Bakı arasında danışıqlarda xüsusi fəallıq göstərmirdilər, indi isə vəziyyət dəyişib”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə NEWS.ru portalının sualını cavablandırarkən deyib.

Onun fikrincə, tərəflər sülh yolu ilə nizamlanma üçün “səmimi olmalıdırlar”.

“Kənardan tətbiq edilən sülhsevər düsturlar, xüsusən də sürətləndirilmiş rejimdə tətbiq olunanlar heç zaman yaxşı heç nəyə gətirib çıxarmayıb. Eyni zamanda, Moskva Ermənistanla Azərbaycan arasında üçtərəfli formatda münasibətlərin normallaşmasına çalışır və üç ölkənin liderləri arasında imzalanmış sazişlər toplusunu mübahisəsiz yol xəritəsi hesab edir”, - Zaxarova bildirib.

Diplomat vurğulayıb ki, işlər plan üzrə gedir və tərəflərin yanaşmalarının yaxınlaşması, balanslaşdırılmış həll yollarının hazırlanması Moskva üçün prioritet olaraq qalır.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53