Baxılıb: 1

Çimərlik güləşi üzrə Azərbaycan millisinin iyunun 10-da Sinqapurda start götürəcək Dünya Seriyasının 2-ci mərhələsi üçün heyəti açıqlanıb.

Federasiyadan verilən məlumata görə, 2 gün davam edəcək yarışda yığmanın 3 üzvü - Rübail İbrahimli (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) qüvvəsini sınayacaqlar.

İyunun 10-da güləşçilər öz qruplarında mübarizə aparacaqlar. Növbəti gün isə qrup mərhələsinin son turu, pley-off görüşləri və medallar uğrunda qarşılaşmalar baş tutacaq.

Qeyd edək ki, ilk görüşlər Bakı vaxtı ilə saat 06:00-da başlayacaq. Həlledici qarşılaşmalar isə iyunun 11-də saat 12:30-da start götürəcək.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53