Bu il Bakıda keçiriləcək əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş beynəlxalq atletika memorialının vaxtı açıqlanıb.
Türkiyə Atletika Federasiyasının rəsmi saytında verilən məlumata görə, yarış 9-10 apreldə təşkil olunacaq.
Qardaş ölkəni memorialda 6 idmançı təmsil edəcək. Türkiyə yığması Azərbaycan paytaxtına iyunun 8-də gələcək.
Qeyd edək ki, turnir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək