Baxılıb: 4

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ilə telefon danışığı aparıb.

Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsindən verilən açıqlamaya görə, Aİ Şurasının sədri dövlət başçısına zəng edərək onu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Regional məsələlərin də dəyərləndirildiyi söhbət zamanı Prezident Ərdoğan Türkiyənin Avropa üçün böyük strateji dəyərini, Aİ-yə tamhüquqlu üzvlük istiqamətində bütün səviyyələrdə təmasların artırılmasının vacibliyini vurğulayıb.

Gömrük İttifaqının yenilənməsi, viza rejiminin liberallaşdırılması, immiqrasiyanın idarə edilməsi və terrorla mübarizə sahələrində əməkdaşlığın əhəmiyyətini qeyd edən Ərdoğan Türkiyəyə ədalətli münasibətin və tamhüquqlu üzvlük perspektivinin dəstəklənməsinin əlaqələrdə yeni üfüqlər açacağını bildirib.

Mənbə: Haber Global

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53