Baxılıb: 0

“Birləşmiş Millətlər Təşkilatı və Qırmızı Xaç Cəmiyyəti rusiyalılar tərəfindən Kaxovka su elektrik stansiyasının partladılması səbəbindən Xerson vilayətində su basmanın nəticələrinin aradan qaldırılmasına kömək etmir”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bild”ə müsahibəsində deyib.

Prezidentin sözlərinə görə, bu cür təşkilatlar məhz belə bəlalara kömək etmək üçün yaradılıb. Bununla belə, nə BMT, nə də Qırmızı Xaç hələ də Ukraynaya fəlakətlə mübarizədə yardım göstərmir.

“Onlar burada deyillər! Fəlakət neçə saat əvvəl baş versə də, onlar yoxdur. İnsanları xilas etmək üçün orada ilk olaraq BMT və Qırmızı Xaç olmalıdır. Axı bu strukturlar bunun üçün yaradılıb”, - Zelenski bildirib.

O qeyd edib ki, iki təşkilatın Ukraynanın kömək istəməsinə reaksiyasından dərin məyus olub.

“Biz hələ də cavab almamışıq. Mən şokdayam”, - o vurğulayıb.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53