Futbol üzrə Azərbaycan Premyer Liqasının başa çatan 2022/2023 mövsümündə 475 qol vurulub.
Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, 180 oyunun keçirildiyi çempionatda orta məhsuldarlıq 2,64-ə bərabərdir, bu isə son 19 mövsüm üçün rekord göstəricidir.
2004/2005 mövsümündən indiyədək belə məhsuldarlıq qeydə alınmayıb.
Bu rəqəmin daha yüksək olması sonuncu dəfə 2003/2004 mövsümündə gerçəkləşib. Baş tutan 167 oyununda 485 qolun vurulduğu çempionatda orta göstərici 2,9 olub.
Qeyd edək ki, 2021/2022 mövsümünün 112 oyununda 295 qol vurulub. Həmin vaxt məhsuldarlıq 2,6-a bərabər idi.