Baxılıb: 0

Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində 1 nəfər qadın 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, günorta saatlarında bunu görən qonşular dərhal FHN-in “112” qaynar telefon xəttinə məlumat veriblər.

Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedici vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaq üçün xüsusi alpinist ləvazimatlarından istifadə etməklə 5-ci mərtəbədə yerləşən qonşu mənzilin eyvanına enib.

Eyni zamanda binanın həyətində xilasetmə yastığı açmaqla, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Lakin vətəndaşla aparılan psixoloji söhbətlər nəticə vermədiyindən, xilasedicilər intihara cəhd edən şəxs hiss etmədən astaca mənzilə daxil olaraq əlverişli şəraitdən istifadə edərək anidən vətəndaşı tutub onun intihara cəhdinin qarşısını alıblar.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53