Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan bəzi nəqliyyat vasitələri hərrac yolu ilə satışa çıxarılır.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil ediləcək hərrac mayın 30-da baş tutacaq.
25 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Nəqliyyat vasitələrindən ən ucuzu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Aqreqat İstehsalat Birliyi” MMC balansında olan QAZ-31029 minik avtomobilidir. O 500 manata satışa çıxarılacaq.
Hərraca çıxarılan nəqliyyat vasitələri arasında diqqəti çəkən əsas məqam “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC balansında olan “Elxan Kazımov” gəmisidir.