Baxılıb: 0

Qərb bölgəsində güclü küləklə müşahidə olunan leysan bəzi ərazilərdə elektrikin kəsilməsinə səbəb olub.

“Report”un məlumatına görə, Daşkəsən, Göygöl, Gədəbəy, Şəmkir rayonlarında və Gəncə şəhərində güclü külək bəzi ərazilərdə fəsadlar yaradıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hava şəraiti səbəbindən avtomobil yollarında da nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb. Yağış suları əkin sahələrinə dolub, təsərrüfata ziyan vurub.

Hazırda Gəncə şəhərində və ətraf rayonlarda küləklə müşahidə olunan yağıntılı hava şəraiti davam edir. Güclü ildırım çaxır.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53