Baxılıb: 0

Ötən gün ölkəmizə səfərini başa vurub Türkiyəyə qayıdan Prezident Rəcəb Tayyib Ərdoğan türkiyəli jurnalistlərə səfərin yekunları barədə bəzi məlumatlar verib.

R.T.Ərdoğanın açıqlamaları arasında ən çox diqqət çəkən məsələ Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı açıqlaması olub.

Türkiyə dövlətinin başçısı Zəngəzur dəhlizi ətrafında davam edən gərginliyin “müəllif”ini də açıqlayıb.

“Zəngəzur dəhlizi ətrafındakı problem Ermənistanla deyil, İranla bağlıdır. Burada İranın belə bir davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi üzür. Əslində, onları da üzməlidir. Arzu edirəm ki, qısa zamanda bu problemi həll edərik. Buna müsbət yanaşsalar, bu gün həm quru yolu, həm də dəmir yolu ilə Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütövləşər və bəlkə də, “Pekin-London xətti” də açılmış olar”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Mənbə: TRT Haber

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53