Son 5 il ərzində Azərbaycanın qeyri-neft məhsullarının ixracı 11,3 milyard ABŞ dolları təşkil edib.
Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə qeyri-neft ixracının ümumi ixracda payı 10%-ə çatıb.
2018-ci ildə Azərbaycanın qeyri-neft məhsullarının ixrac dəyəri 2017-ci illə müqayisədə 11,5% artaraq 1,72 milyard ABŞ dolları, 2019-cu ildə 2018-ci ilə nisbətən 13,9% artaraq 1,95 milyard ABŞ dolları, 2020-ci ildə 5,7% azalaraq 1,84 milyard ABŞ dolları, 2021-ci ildə 2020-ci illə müqayisədə 47,3% artaraq 2, 71 milyard ABŞ dolları, 2022-ci ildə sə 2021-ci ilə nisbətən 12,3% artaraq 3,05 milyard ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-may aylarında Azərbaycan 1 milyard 465,85 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.Təkcə may ayında isə qeyri-neft ixracının dəyəri 278,25 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 25,8% çoxdur.