Baxılıb: 1

“Neftçi” Fransanın “Anje” klubunun müdafiəçisi Miha Blajiçi heyətinə qatmağa yaxındır.

Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi 30 yaşlı stoperlə böyük ölçüdə anlaşma əldə edib.

Tərəflər iki illik müqavilə ilə bağlı son detalları dəqiqləşdirirlər. Milli komandaların oyunlarından sonra keçidin rəsmiləşməsi gözlənilir.

2022-ci ilin iyunundan “Anje”də oynayan Blajiç ötən mövsüm Fransa Liqa 1-də 24 matç keçirib və 2 qol vurub. Karyerası ərzində ölkəsində “Koper” və “Domjale”, Macarıstanda “Ferentsvaroş”un formasını geyinmiş mərkəz müdafiəçisi Sloveniya millisində 25 oyun keçirib. “Transfermarkt”a görə, onun dəyəri iki milyon avrodur.

Qeyd edək ki, “ağ-qaralar” daha əvvəl “Səbail”dən ayrılan qapıçı Emil Balayev və “Qarabağ”ı tərk edən yarımmüdafiəçi Filip Ozobiçlə anlaşıblar.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53