Baxılıb: 1

Ağdam rayonunda hava şəraiti qeyri-sabit keçib, güclü yağış yağıb, dolu düşüb.

"Report" xəbər verir ki, rayonun Çəmənli, Zəngişalı, Mahrızlı, Üçoğlan, Baharlı 1 və Baharlı 2 qəsəbələri dolunun ən çox düşdüyü bölgələr olub.

Kənd sakinlərinin verdiyi məlumata görə, güclü dolu evlərin və yardımçı tikililərin dam örtüklərinə ziyan vurub.

Fərdi təsərrüfatlara və əkin sahələri ciddi ziyan dəyib. Ağdam rayon Fövqəladə Hallar Komissiyasına dolunun vurduğu ziyanla bağlı vətəndaşlardan müraciətlər daxil olub. Hazırda, dəyən ziyanın hesablanması istiqamətində işlər aparılır.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53