Baxılıb: 1

Xızıda 24 nəfər sel səbəbindən yararsız hala düşmüş yolda avtobusda köməksiz qalıb.

Bununla bağlı Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Xızı rayonunun Ağdərə kəndində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları nəticəsində yarasız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda 24 nəfər sərnişinin köməksiz vəziyyətdə qalması barədə ilkin məlumat daxil olub:

“Məlumatla əlaqədar əraziyə FHN-in Mülki müdafiə qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri, o cümlədən həkim briqadası cəlb olunub. Əlavə məlumat veriləcək”.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53