Xətai rayonu Əhmədli qəsəbəsində sakinlər paytaxtda inşa edilən piyada keçidlərində liftlərin işləməməsindən narazıdırlar.
Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat verib.
Onların sözlərinə görə, bu səbəbdən sakinlər yolu təhlükəli şəkildə keçməyə məcbur qalırlar.
Belə ki, sözügedən ərazidəki “Ukranya dairəsi”ndə piyadalar üçün inşa edilən yerüstü keçid hündürdür:
“Yaşlı insanlar, uşaq arabası ilə gəzən xanımlar bu keçiddən istifadə edə bilmirlər, o pilləkənləri çıxa bilmirlər. Lift qoyulub, amma o da işləmir. Məsələ ilə bağlı aidiyyəti qurumlar məsuliyyətsiz yanaşırlar. İnsanlar avtomobillərin yüksək sürətlə hərəkət etdiyi avtomobil yolunu keçmək üçün həyatlarını təhlükəyə atırlar”.