Sabirabadda, H.Əliyev prospektində avtomobilin elektrik dirəyinə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb.
“Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində sürücü (şəxsiyyəti dəqiqləşdirilir - red.) və sərnişin, Saatlı rayonunun Cəfərxan kənd sakini, 1971-ci il təvəllüdlü Fəxrəndə Bəxtiyar qızı Ağamalıyeva xəsarət alıblar.
F.Ağamalıyeva Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.