İstanbulun Ataşehir səmtində küçənin ortasında atəş səsləri eşidilib.
İddiaya görə, Ergün Ü. park etdiyi avtomobilinə tərəf gedərkən maşınla gələn şübhəlilərin hücumuna məruz qalıb. Gülləyə tuş gələn Ergün qan içində yerə yıxılıb.
Şübhəlilər gəldikləri avtomobilə minərək hadisə yerindən sürətlə qaçıblar. Yaralı vətəndaş təcili yardım tərəfindən xəstəxanaya aparılıb.
Qeyd olunur ki, güllələrin bəziləri ətrafdakı mağazalara dəyib.
Polis avtomobillə qaçan 5 nəfəri tutmaq üçün işə başlayıb.
Mənbə: Haber Global