Baxılıb: 0

Şəmkirin Qaracəmirli kəndinin mərkəzi hissəsi sahibsiz küçə itləri ilə doludur.

ilk baxışdan sağlam olmadıqları hiss olunan itlər ətrafdakılar üçün ciddi narahatlıq yaradır.

Bəzən yoldan keçənlərə hücum edərək təhlükə mənbəyinə çevrilirlər.

Sakinlərin əsas narahatlığı azyaşlılarla bağlıdır. Çünki məktəbə gedən yolun ətrafına toplaşan heyvanlar dəfələrlə şagirdlərə hücum ediblər. Şəhidlər üçün tikilən abidəyə gedən yol da eyni ərazidən keçir.

Məsələ ilə bağlı Qaracəmirli kənd bələdiyyəsindən bildirilib ki, yaxın vaxtlarda bununla bağlı müvafiq tədbir görüləcək.

Qeyd edək ki, sığınacaqların sayının yetərsiz olması ilə əlaqədar sahibsiz itlərin yaratdığı problem bir çox yaşayış məntəqələrində müşahidə olunur.

Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

Bakı Milli Tv

Təsisçi və baş redaktor: Məmmədli Namiq Mirzə oğlu
Tel: (+99450) 266 30 24 , (+99450) 050 525 82 53